Azərbaycan ilə Braziliya arasında mədəniyyət sahəsində əlaqələr müzakirə edilib FOTO

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov Braziliya Federativ Respublikasının ölkəmizdəki səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzun ilə görüşüb.

Nazirlikdən SİA-ya bildirilib ki, görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr ətrafında müzakirələr aparılıb.

Qonaq qəbula görə təşəkkür edərək, mədəniyyət sahəsində ölkələrimiz arasında mövcud əməkdaşlığın genişləndirilməsi məqsədilə hüquqi bazanın yaradılması, onlayn film festivalının təşkili, pandemiya dönəmindən sonra klassik musiqi konsertinin keçirilməsi və s. kimi həyata keçirilə biləcək layihələrlə bağlı təkliflər toplusunu Anar Kərimova təqdim edib.

A.Kərimov ümumi maraq kəsb edəcək tədbir və layihələrlə bağlı təkliflərin səfirliyə təqdim ediləcəyini qonağın diqqətinə çatdırıb.

Sonda A.Kərimov 2019-cu ilin iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilmiş UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına qəbul olunması ilə əlaqədar Braziliya tərəfindən göstərilmiş dəstəyə görə təşəkkür edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...