Vaqif Əliyev Polşa səfiri ilə görüşüb - FOTO

Vaqif Əliyev Polşa səfiri ilə görüşüb - FOTO
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ilə Polşanın səfiri Mixal Labenda və Konsul Aleksandra Qrabovska arasında görüş keçirilib. SİA-nın məlumatına görə, V.Əliyev ilk növbədə səfiri ölkəmizə akkreditə olması münasibətilə təbrik edib, Polşa ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsində onun müsbət rol oynayacağına və ikitərəfli əməkdaşlığın müxtəlif vacib sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra Azərbaycan ilə Polşa arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
Söhbət əsnasında, ikitərəfli əlaqələrin tarixinə toxunan səfir XIX əsrin axırlarında Zaqatala qalasına və qala ətrafında mövcud olan Zaqatala şəhərinə sürgün olunan polyaklar tərəfindən tikilən kilsədə və Zaqatala qalasında memorial - xatirə lövhələrinin qoyulmasını təklif edib, nazir müavini isə öz növbəsində bu məsələyə ilə bağlı müvafiq tədbirlərin görüləcəyini qeyd edib.
Həmçinin, Vaqif Əliyev Qala Dövlət Tarix Etnoqrafiya Qoruğundan tapılan 150 ildən çox yaşı olan polyak dilində yazı lövhəsindən söz açmış və bu yazı haqda məlumat qarşı tərəfin çox böyük marağına səbəb olub.
Görüşün sonunda səfir Mixal Labenda V.Əliyevə görüşə görə öz təşəkkürünü bildirib və iki ölkə arasında turizm və mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə də genişlənəcəyinə əmin olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə