Kitabların saxlancı – qeyri-adi kitab rəfləri

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) maraqlı kitab rəflərini oxucularına təqdim edib. MKS-dan SİA-ya bildirilib ki, kitabxananın metodika və biblioqrafiya şöbəsinin sosial şəbəkələrdə oxucular üçün hazırladığı maraqlı videoçarxlardan biri də maraqlı kitab rəfləri haqqındadır.

Slaydda bir-birindən maraqlı və qeyri-adi kitab rəfləri təqdim olunub ki, bu da oxucuların böyük marağına səbəb olub.

Videoçarx, həmçinin evlərində kitab rəfi quraşdırmaq istəyən oxucular üçün böyük ideya mənbəyinə çevrilib.

Slaydı kitabxananın “Youtube” kanalından da izləmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə