Gənc Tamaşaçılar Teatrı Ülviyə Karaca ilə onlayn görüş keçirib FOTO

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşları ilə Türkiyəli yazıçı-dramaturq, aktrisa Ülviyə Karacanın onlayn görüşü baş tutub. SİA-nın məlumatına görə, Türkiyənin tanınmış teatr rejissoru, özünün qələmə aldığı əsərlərə quruluş verən, həmçinin də bir çox tamaşa, film və seriallarda maraqlı, unudulmaz rollar yaradan Ülviyə Karaca ilk öncə Azərbaycana və Azərbaycan incəsənətinə sevgisini dilə gətirib.

O qeyd edib ki, sənətkar üçün hər şeydən öncə təhsilli olmaq, sənətin dərinliklərinə yiyələnmək, özündən əvvəlki təcrübələrdən yararlanmaq və daim öz üzərində çalışmaq mühümdür.

Ülviyə Karaca teatr, film və seriallarda topladığı təcrübələri həmsöhbətləri ilə bölüşüb. «Beni Affet» serialında ifa etdiyi Zühre Kozan, "Gençliğim Eyvah" serialında canlandırdığı Nuriye Bozoğlu xarakterlərinin fərqlərini və özəlliklərini izah edib. Daha sonra teatrın aktyorlarının suallarını cavablandırıb. Görüş pandemiya dövründə sənət və səhnə müzakirələri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...