Keçən ilin noyabrından çəkilişlərinə başlanılan tammetrajlı bədii film - "Ultionis" psixoloji trilleri tezliklə nümayiş olunacaq. SİA-nın məlumatına görə, bu barədə "Qafuroğlu Film" Yaradıcılıq Birliyindən məlumat verilib.
Məlumata görə, çəkilişlər yekunlaşmaq üzrədir. Nicat Qafuroğlunun eyniadlı romanı əsasında ekranlaşdırılan psixoloji trillerin ssenari müəllifləri Ceyhun Musaoğlu və Nicat Qafuroğludur.
Xalq artisləri Rasim Balayev, Həmidə Ömərova, əməkdar artistlər Səidə Quliyeva, Sabir Məmmədov, gənc aktyorlar Əflatun Abdullayev, Tunay Əliyeva və başqalarının (ümumilikdə 167 aktyor və aktrisa) rol aldığı film 3 dildə - Azərbaycan, rus, ingilis dillərində səsləndiriləcək.
Filmin quruluşçu rejissoru onu da bildirib ki, "Ultionis" nüfuzlu beynəlxalq festivallara təqdim olunacaq: "Hələ ssenarini yazmağa başlayandan qarşımıza məqsəd qoyduq ki, dünya tamaşaçılarının diqqətini çəkəcək film yaradaq. Göstərmək istəyirik ki, Azərbaycanda da "Kann", "Oskar" mükafatlarına layiq filmlər çəkmək mümkündür. Buna görə, çəkilişlərdə ən müasir texniki avadanlıqlardan istifadə olunur və prosesə xarici kino mütəxəssislərini də cəlb etmişik. Düşünürəm, hazırkı nəticədən razı qalmaq olar. Son sözü isə təbii ki, tamaşaçı deyəcək".
Rejissor onu da vurğulayıb ki, təxminən 2 aydan sonra filmin geniş təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB