Bəstəkarlar İttifaqında Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan konsert keçirilib
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına Konsert Salonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunan konsert keçirilib. SİA-nın məlumatına görə, tədbir ittifaqın sədri xalq artisti Firəngiz Əlizadənin açılış nitqi ilə başlanıb. O qeyd edib ki, Heydər Əliyev hər zaman mədəniyyətimizə diqqət və qayğı göstərib: "Bu qayğının bariz nümunəsidir ki, dahi sənətkarlarımızın yaratmış olduğu əsərlər hesabına Azərbaycanın daha da geniş məkanlarda tanınmasında öz müsbət təsirlərini göstərib".
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə xoru Maral Əliyevanın idarəsi ilə əməkdar incəsənət xadimi bəstəkar Azər Dadaşovun "Heydər atamız" (söz. Zəminə Xınalı), "Ana torpaq" (söz. Musa Yaqub), "Yeni Azərbaycan marşı" (söz. Məryəm Javidli) əsərlərini ifa ediblər.
Konsertdə həmçinin tanınmış müğənnilər Yaqub Zürufçu, Lalə Məmmədova, Mehriban Əhmədova, Şəhla Həmidova, Aytac Şıxəlizadə ulu öndərə həsr edilən mahnıları oxuyublar.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri xalq artistləri Sevda İbrahimova, Musa Mirzəyev, Nəriman Məmmədov, Oqtay Zülfüqarov və Tofiq Bakıxanov dahi öndərimizlə bağlı xatirələrini bölüşüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB