Mədəniyyət və Turizm Nazirliyi ermənilərin daha bir saxtakarlığının qarşısını alıb
Mədəniyyət və Turizm Nazirliyi Sankt-Peterburqdakı "Puşkinskiy dom" Rus Ədəbiyyatı İnstitutunda saxlanılan milli musiqi nümunələrini Azərbaycana qaytarıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bir müddət əvvəl sözügedən institutda Azərbaycanın musiqi folkloru nümunələrinin (səs yazılarının) və həmin materiallara aid yazılı sənədlərin saxlanıldığı müəyyən edilib.
Keçən əsrin 20-30-cu illərində keçirilmiş ekspedisiyalar zamanı toplanmış bir sıra muğam, aşıq musiqisi, digər Azərbaycan folkloru nümunələri erməni xalq musiqisi kimi qeydə alınıb. Nazirliyin Rusiya tərəfi ilə apardığı danışıqlar nəticəsində həmin materiallar rəqəmsal daşıyıcılara köçürülərək Azərbaycana qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB