Xəzər rayon MKS-nin 3 nömrəli filialı Mikayıl Müşfiq yaradıcılığına müraciət edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı "Mənim sevimli yazarım" layihəsi əsasında Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış şairlərdən olan Mikayıl Müşfiq yaradıcılığına müraciət edib.

Baş İdarədən SİA-ya bildirilib ki, kitabxana və biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Qızılgül Məmmədova şairin "Könlümü" şeirini səsləndirib.

Qeyd edək ki, Mikayıl Müşfiq sevgi və gözəlliyi tərifləyən bir çox şeirlərin müəllifidir. Onun şeirlərində sosial və mədəni məsələlər üzrə fikirlər də dilə gətirilib.

Görkəmli şair Stalin repressiyasının qurbanı olub və 1938-ci ildə güllələnib. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən ölümündən sonra bəraət alıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Mikayıl Müşfiq Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...