Azərbaycan və İsveçrə kitabxanaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan və İsveçrə kitabxanaları arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi ilə İsveçrə kitabxanaları və Azərbaycan kitabxanaları arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə Azərbaycan nümayəndə heyəti Bern, Sürix və Lucern şəhərlərində yerləşən kitabxanalarda görüşlər keçirilib. SİA-nın xəbərinə görə, səfərin birinci günü Lozanna şəhəri və onun mədəniyyət ocaqları ilə tanışlıq olub.

Səfərin ikinci günü Sürix şəhər Mərkəzi Kitabxanası ilə tanışlıq keçirilmiş və Azərbaycan kitabxanaları ilə əməkdaşlıq məsələləri müzakirə olunub. Sürix Mərkəzi Kitabxanası sözügeden məsələnin vacibliyini vurğulayaraq, müsbət rəy verib. Bundan başqa, həmin kitabxananın qrafika fondunda Qarabağda yerləşən qədim Alban kilsəsinin fotoşəkili tapılıb. Şəkildə Dağlıq Qarabağın Azərbaycan Respublikasının ərazisinə aid olduğu alt yazıda qeyd olunub.

Cari il 4 may tarixində isə Bern şəhərində yerləşən İsveçrə Milli Kitabxanası ilə tanışlıq keçirilmiş və Azərbaycan Milli Kitabxanası ilə İsveçrə Milli Kitabxanası arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Bu gün Azərbaycan nümayəndə heyəti Lucern şəhərinə yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə