Milli Kitabxanada növbəti virtual sərgi

Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü” adlı sərgi virtual rejimdə təqdim olunub.

Kitabxanadan SİA-ya bildirilib ki, sərgidə görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, Azərbaycan dilinin qorunması və inkişafı baxımından imzalanan rəsmi sənədlər, Milli Kitabxananın fondundan ana dilimiz haqqında kitab və mövzuya dair digər resurslar yer alıb. Sərgidə təqdim olunan resurslar tam mətnləri ilə verilib. Sərgi ilə http://anl.az/el/vsb/Ana_dili_gunu/index.htm linki vasitəsilə tanış olmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə