Rusiyanın populyar “Kamerton” jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb. SİA-nın məlumatına görə, jurnalın iyul nömrəsində Azərbaycanın Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunmuş “Ata ocağı”, Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürkün “Atamın əlləri” və tanınmış şair Əliağa Kürçaylının “Etiraf” şeirləri təqdim edilib.
Şeirləri rus dilinə tanınmış Rusiya və Azərbaycan tərcüməçiləri – Vladimir Portnov və Vladimir Qafarov tərcümə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB