Cavan Zeynallı Səməd Səmədovun müdafiəsinə qalxdı

Cavan Zeynallı Səməd Səmədovun müdafiəsinə qalxdı
Azərbaycanın xalq artisti İlhamə Quliyevanın əməkdar artist Səməd Səmədov haqda işlətdiyi sərt fikirlərinə məşhur cazmen Cavan Zeynallı münasibət bildirib.

SİA-nın Day.Az saytına istinadən verdiyi məlumata görə, cazmen İlhamə Quliyevanın həmkarı haqda işlətdiyi fikirlərin "həddindən artıq sərt olduğunu" söyləyib. "Səmədi İlhamə xanımdan az sevmirlər. Amma İlhamə xanım qadın olduğundan, onu bağışlamaq olar. Mən istərdim ki, onlar bu xoşagəlməz insidenti unutsunlar və yenidən mehriban olsunlar. Səməd Səmədovun İlhamə Quliyevaya taktiki cavab verərək ehtirasları coşdurmamağa çalışması da mənim xoşuma gəldi", - deyə C.Zeynallı bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə