Mədəniyyət Nazirliyi Xalq artisti Canəli Əkbərova başsağlığı verib

Azərbaycanın Xalq artisti, ustad xanəndə, görkəmli pedaqoq, professor Canəli Əkbərova ağır itki üz verib. SİA-nın məlumatına görə, sənətkarın oğlu Asəf Əkbərov dünyasını dəyişib.

Mədəniyyət Nazirliyinin kollektivi bu ağır itki ilə bağlı Xalq artisti Canəli Əkbərova, sənətkarın ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, məhruma Allahdan rəhmət diləyir.

Allah rəhmət eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə