Kitabxana virtual xidməti davam etdirir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası sosial izolyasiya ilə əlaqədar oxuculara online xidməti davam etdirir.

SİA-nın məlumatına görə, kitabxananın oxucuları hazırladıqları müxtəlif mövzuda rəngarəng videoçarxları təqdim edir. Növbəti videoçarxda Fidan Umarovanın səsləndirdiyi “Uca bayraq” şeiri maraq doğurub. Məktəblilər Lalə Tağıyeva və Nazlı Əliyeva isə videoçarxlarda rus dilində Vətənə və bahara həsr olunmuş şeirlər səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə