“Eurovision-2009”-un qalibi “Eurovision-2011” mahnı müsabiqəsində jurnalistlik edəcək - FOTO
Norveçin "Eurovision-2009" təmsilçisi və qalibi Aleksandr Rıbak bu il Almaniyada keçiriləcək "Eurovision-2011" mahnı müsabiqəsində jurnalistlik edəcək. SİA-nın "Eurovision"un rəsmi internet saytına istinadən verdiyi məlumatına görə, o, Norveçin NRK telekompaniyasının xüsusi müxbiri olacaq, Düsseldorf səhnəsində baş verən hadisələr barədə məlumatları telekanala ötürəcək.
"Təcili bu ilin dəbini izləmək lazımdır. Belə şeylər müsabiqədə vacib rol oynayır", - deyən müğənni müsabiqə vaxtı qıcıqlandığı bəzi məqamlardan da danışıb: "Jurnalistlər sənətçilərə bəzən bəsit və mənasız suallar ünvanlayırlar. Qorxuram ki, onlardan biri də mən olam. Amma yox, mümkün qədər məqsədli və aydın suallar verməyə çalışacağam".
Qeyd edək ki, Aleksandr Rıbak 387 xalla "Eurovision-2009"da qalib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB