Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası elan olunmuş karantin rejimi müddətindən başlayaraq oxucularla virtual ünsiyyəti qoruyaraq müxtəlif layihələrlə fəaliyyətini davam etdirir. Azərbaycanın rayon və şəhərlərinə virtual turlar təşkil etməklə izləyicilərin vətənin hər guşəsi ilə tanış olmalarına şərait yaradır. “Vətənimizə virtual səyahət” layihəsində növbəti sırada Ağdaş rayonudur.

SİA-nın məlumatına görə, kitabxana əməkdaşının hazırladığı videoçarxın ilk dəqiqələrində Ağdaşda bir şəhər, iki qəsəbə, 72 kənd olduğu qeyd edilib. Videoçarxda Ağdaşın Kür çayı boyunca Tuqay meşələri, Kür çayı, Türyançayı, Böyük Qafqaz dağlarının ətəkləri, bir sözlə bu ərazinin flora və faunası haqqında məlumatlarla tanış olmaq mümkündür.

Ağdaşın Tarix-Diyarşünaslıq Muzeyi (XIX əsr), Mərkəzi Kitabxananın binası, müasir park və binaları da videoçarxa daxil edilib.

Ağdaşda: Hacı Məhəmməd Ağa (XIX əsr), Hacı Osman, Hacı Bəsəl Əfəndi (XIX əsr), Hacı İsmayıl Ağa (XIX əsr) məscidləri və Üveys baba, Ərəbocağı ziyarətgahları, 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi var. Habil Əliyev adına Musiqi Məktəbi, Meyvə Emalı Zavodu, Ləki Stansiyasının fotosu da burda yer alıb.

Hazırlanmış videoçarxda rayonun kənd təsərrüfatı, tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, ləziz yeməkləri haqqında da məlumatlar verilir.

Videoçarx kitabxananın “Youtube” kanalında yerləşdirilib. Həmçinin uşaqlar videoçarxı “Kitabsevər uşaqlar” “Facebook” səhifəsində və eyniadlı “YouTube” kanalında izləyə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə