"Bu şəhərdə"nin başı üstündə qara buludlar əsir...

"Bu şəhərdə"nin başı üstündə qara buludlar əsir...
Bu dəfə Müşviq Abbasov əməliyyat olunub. SİA-nın anspress-ə istinadən verdiyi xəbərə görə, son zamanlar "Bu şəhərdə"nin başı üstündə qara buludlar əsir. Ötən ilin noyabrında zobdan əməliyyat olunan və uzun müddət sağalmaq bilməyən aktyor Coşğun Rəhimovdan sonra "Bu şəhərdə"nin bədii rəhbəri Müşviq Abbasov şənbə günü qəflətən xəstənanaya yerləşdirilib.
Əvvəlcə onun infarkt olmasından şübhələniblər. Lakin müayinələr problemin onun ürəyində deyil, öd kisəsində olduğunu göstərib. Xəstənin ödündəki daş Coşğunun əməliyyat olunduğu Neftçilər xəstəxanasının cərrahlarının müdaxiləsi ilə çıxarılıb.

Özünü normal hiss edən Müşviq artıq palataya köçürülüb.

Allah şəfa versin!

Bütün xəbərlər Facebook səhifəmizdə