"Əli və Nino" tamaşası yenidən bərpa olunur. SİA-nın Milli.Az xəbər portalına istinadən verdiyi məlumata görə, bu barədə tamaşanın quruluş müəllifi və rejissoru Elvin Mirzəyev bildirib. Onun sözlərinə görə, hazırda Bakı Bələdiyyə Teatrının səhnəsində intensiv məşqlər gedir. Və may ayının 16-da Akademik Milli Dram Teatrının səhnəsində ilk premyera olacaq. Tamaşada əsas rolları Elvin Mirzəyev (Əlixan Şirvanşır), Nigar Həsənzadə (Nino Kipianı), Tofiq Bayramov (Səfərxan Şirvanşir), Tural Baxış (İlyas bəy Tağıyev), İlqar Musayev (Naxararyan), Namiq Cavadov (Məhəmməd Heydər), Ramin Şixəliyev (Arslan ağa), ismayılk Atakişiyev (Xacə Yəhyaqulu) və başqaları oynayırlar.
Qeyd edək ki, dünya şöhrətli yazıçı Qurban Səidin "Əli və Nino" romanı əsadında eyniadlı ilk tamaşa 2007-ci ildə hazırlanmışdı. İlin ən yaxşı tamaşası seçilməsinə baxmayaraq obyektiv və subyektiv səbəblərdən dolayı tamaşa qısa müddət sonra repertuardan götürüldü.
Əsərdəki hadisələr Rusiya inqilabı, müstəqil və demokratik Azərbaycanın qurulması və Qızıl Ordunun Bakını işğal etdiyi dövrləri əhatə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB