Azərbaycanfilm” Dövlət Kinostudiyasında üç yeni bədii film istehsalata buraxılıb

Azərbaycanfilm” Dövlət Kinostudiyasında üç yeni bədii film istehsalata buraxılıb
Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Dövlət Kinostudiyasında üç yeni bədii film istehsalata buraxılıb. SİA-nın Lent.az-a istinadən verdiyi məlumata görə, bu barədə kinostudiyadan bildirilib. Filmlərdən biri Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə çəkilir. İki seriyalı filmin ssenari müəllifi Anar, quruluşçu rejissoru Ramiz Həsənoğludur.

Növbəti filmə Aqil Abbasın "Dolu" romanı əsasında quruluş veriləcək. Filmin ssenarisini də Aqil Abbas özü yazıb. Quruluşu isə rejissor Elxan Cəfərova həvalə olunub.

Bu il istehsal olunacaq üçüncü bədii film "Çölçü" adlanır. Filmi rejissor Şamil Əliyev Vidadi Həsənovun ssenarisi əsasında çəkəcək.

Hər üç filmin rejissor ssenarisinin yazılış dövrü başa çatıb. Hazırlıq dövrü də başa çatandan sonra rolları ifa edəcək aktyorların adları məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə