Azərbaycanlı iştirakçılar Belarus festivalının qalibi oldular- FOTO

Azərbaycanlı iştirakçılar Belarus festivalının qalibi oldular- FOTO
Azərbaycanın 10 yaşlı vokalçısı Yasin Həsənov və "Bakı ulduzları" ansamblı aprelin 26-29-da Mozırda (Belarus) keçirilən gənc istedadların "Yer ağ qanadlar altında" VII Beynəlxalq festivalının Qran-pri mükafatını alıblar. SİA-nın Trend-ə istinadən verdiyi məlumata görə, festivalda 16 ölkədən gənc istedadlar iştirak edib.

"Yer ağ qanadlar altında" festivalı 1998-ci ildən təşkil olunur. Festival Belarus milli mədəniyyətinin, uşaqların estetik tərbiyəsinin, onların xalq bədii yaradıcılığının çoxəsrlik ənənələri ilə geniş ünsiyyəti, beynəlxalq əlaqələrin möhkəmlənməsi və genişlənməsi, festivalın iştirakçısı olan ölkələrin milli mədəniyyətləri ilə tanışlıq , istedadlı ifaçıların dəstəklənməsi və inkişafı məqsədilə keçirilir.

Qeyd edək ki, Yasin Həsənov Sankt-Peterburqda keçirilən dünyanın 24 ölkəsindən 700 uşağın iştirak etdiyi Uşaq vokal müsabiqəsinin də Qran-pri mükafatını alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə