Fransanın məşhur Luvr Muzeyinin direktoru Anri Luaret mayın 3-dən 5-dək Azərbaycanda səfərdə olacaq. SİA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat bildirilib.
Səfər zamanı ikitərəfli əməkdaşlıq, muzey sərvətlərinin saxlanılması, onların qorunması sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsi, Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda sərgilərin təşkili və Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim edilməsinin mümkünlüyü və s. məsələlərin müzakirəsi nəzərdə tutulur.
Səfər çərçivəsində Anri Luaretin mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə görüşü, Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirməsi, mayın 5-dən 15-dək Müasir İncəsənət Muzeyində keçiriləcək "İncəsənət xəzinəsi" sərgisinin açılış mərasimində iştirakı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, buradakı "Qala Arxeoloji Etnoqrafiq Muzey Kompleksi"ni və Mərdəkan qalalarını ziyarət etməsi planlaşdırılıb.
Fransalı qonağın səfər proqramına, həmçinin nazir Əbülfəs Qarayevlə birgə mətbuat konfransı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin rəhbərliyi ilə görüş də daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB