İstedadlı pianoçu #senetinledestekle layihəsi çərçivəsində onlayn konsert verəcək
İyunun 27-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin #senetinledestekle layihəsi çərçivəsində Almaniyanın Köln şəhərində yaşayıb-yaradan həmyerlimiz, gənc və istedadlı pianoçu Toğrul Hüseynlinin canlı onlayn konserti olacaq. İdarədən SİA-ya bildirilib ki, konsert qurumun @bakimedeniyyetidaresi rəsmi “Instagram” hesabı üzərindən canlı yayımlanacaq.
Qeyd edək ki, ifaçı Avropa və Azərbaycan səhnələrində mütəmadi olaraq çıxış edir. Hər il Bakıda M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo konsert proqramı ilə çıxış edən pianoçu, həmçinin Qəbələ şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalında da ifaları ilə tamaşaçıların rəğbətini qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB