“Müsyo Jordan və Dərviş Məstəli şah” onlayn göstəriləcək

“Müsyo Jordan və Dərviş Məstəli şah” onlayn göstəriləcək

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı sosial şəbəkədəki hesabları vasitəsilə “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşasını iyunun 27-də saat 12:00-da onlayn nümayiş etdirəcək. SİA-nın məlumatına görə, səhnə əsəri quruluşçu rejissoru Aleksandr Maksimıçev, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı İqor Roqalyov, quruluşçu baletmeysteri Zakir Ağayevdir.

Tamaşa M.F.Axundzadənin “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” əsəri əsasında səhnələşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə