Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Avropa Şurasının iclaslarında iştirak edəcəklər

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Avropa Şurasının iclaslarında iştirak edəcəklər

Mayın 3-4-də Strasburq şəhərində Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin və 5-6 may tarixində Mədəni İrs üzrə Rəhbər Komitənin növbəti iclaslarında Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edəcək. Bu barədə SİA-ya nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib.

Məlumata görə, iclasın gündəliyinə Avropa Şurasının Mədəniyyət sahəsi üzrə Hökümətlərarası İşi üçün yeni strukturlar, prioritetlər və iş əlaqələri, əldə olunan nailiyyətlər, 2012-2013-cü illər üçün mədəniyyət siyasəti, mədəniyyətlərarası dialoq, mədəni marşrutlar üzrə Hissəvi saziş və s kimi məsələlər daxil olunub.

Tədbirdə ölkəmizin iştirak etdiyi layihələrlə yanaşı Bakıda keçirilən "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu"nun nəticələri də müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə