Qafqazın qocaman sənət ocaqlarından biri, 138-ci teatr mövsümünü yaşayan, həmişə öz repertuarında milli-vətənpərvərlik mövzulu əsərlərə önəm verən C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı iyun ayı üçün nəzərdə tutulmuş virtual repertuar çərçivəsində tamaşaçıları sevindirməkdə davam edir. SİA-ya teatrın növbəti günlər üçün tamaşalarını təqdim edir.
14 iyun – 19:00, Aqşin Babayev “Xilaskar” (Quruluşçu rejissor və tərtibatçı rəssam Əməkdar incəsənət xadimi Oruc Qurbanov)
15 iyun – 19:00, İftixar “Qurtuluş dastanı” (Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Oruc İzzətoğlu)
16 iyun – 19:00, İftixar "İşıqlı, nurlu sabah" (Quruluşçu rejissor, tərtibatçı rəssam və xoreoqraf Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)
17 iyun – 19:00, İftixar “Nurlu ömrün anları” (Quruluşçu rejissor, rəssam və musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)
20 iyun – 19:00, Ramiz Abdullayev “Biznesmen” (Quruluşçu rejissor Əməkdar artist Loğman Kərimov)
22 iyun – 19:00, İftixar "Haqq mənəm" (Quruluşçu rejissor, quruluşçu rəssam və xoreoqraf Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)
24 iyun – 19:00, Azadə Taleh Abbasqızı “Xocalı şəhidim Şöhrət Həsənov” adlı poeması əsasında hazırlanmış “Xocalıya ədalət!” kompozisiyası (Quruluşçu rejissor Nicat Mirzəzadə)
25 iyun – 19:00, İftixar "Soyqırımı tarixinin dastanı" (Quruluşçu rejissor və tərtibatçı rəssam Əməkdar mədəniyyət işçisi İftixar Piriyev)
28 iyun – 19:00, Marat Haqverdiyev "Məhəbbət əzabları" (Quruluşçu rejissor və səhnə tərtibatçısı Həsən Əsgəri)
29 iyun – 19:00, İftixar "Körpü" (Quruluşçu rejissor Xalq artisti Vaqif Əsədov)
30 iyun – 19:00, Ramiz Abdullayev “Olacağa çarə yoxmuş” (Quruluşçu rejissor Yusif Əkbərov)
Tamaşalar saat 19:00-da teatrın “Facebook” səhifəsində (https://www.facebook.com/irevanteatri/) paylaşılacaq, link vasitəsilə teatrın “YouTube” kanalından (https://www.youtube.com/channel/UCFFw-B_FHYMUOZZ2ryc2jlg/videos) nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB