Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının nümayəndələri ilə görüşüb
Bu gün X Beynəlxalq Turizm və Səyahət Sərgisi çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının (ÜTT) nümayəndələri Dmitri İlyin və Alla Peresolova ilə görüş keçirib. SİA-nın məlumatına görə, görüş zamanı tərəflər Azərbaycanın Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığı və onun gələcək inkişaf perspektivlərini müzakirə ediblər.
Belə ki, ÜTT ilə əməkdaşlıq çərçivəsində növbəti iki il ərzində turizm sahəsi üzrə statistika seminarlarının keçirilməsi nəzərdə tutulub. İlk seminarın təşkili cari ilin oktyabr ayına planlaşdırılır.
Bundan başqa, tərəflər cari ilin 19 may tarixində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin Ümumdünya Turizm Təşkilatının baş direktoru Taleb Rifai ilə görüşünün Las-Veqasda (ABŞ) keçiriləcək Ümumdünya Turizm Sammiti çərçivəsində təşkil olunmasının mümkünlüyünü və həmçinin "İpək Yolu" proqramı çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Sonda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ÜTT-nin baş direktoru Taleb Rifaini cari ilin oktyabr ayında Azərbaycana səfərə dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB