Kitabxana kiçikyaşlı oxuculara səsli nağıllar təqdim edib

Kitabxana kiçikyaşlı oxuculara səsli nağıllar təqdim edib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı kiçikyaşlı oxucular üçün rus dilində H.X.Andersenin “Düyməcik” nağılını və Azərbaycan dilində “Kral Şir” nağılını səsləndirərək videoçarxlar hazırlayıb. Kitabxanadan SİA-ya bildirilib ki, kitabxananın izləyicilərə təqdim etdiyi nağıllar heyvanların dili ilə insanlara bir ismarışdır, metaforadır. Bu nağıllar dinləyicidə insanlara və təbiətə sevgi, zəifə qayğı, zərif məxluqları qorumaq hisslərini aşılayır.

Nağıllar dünya və Azərbaycan xalq nəsrinin zəngin poetik qəlib və ölçülərini, şifahi nitqin ifadə gözəlliklərini əks etdirən, geniş həyat faktı və hadisələrini əhatə edən nümunələrdəndir. Başqa sözlə, nağıl böyük bir dövrün geniş lövhəsini və ya hər hansı bir fərdin həyatının müəyyən bir anını, ya da həyatının geniş bir dövrünü əks etdirməyə imkan verən nəqletmədir.

Bütün xəbərlər Facebook səhifəmizdə