İsa Hüseynovun “Saz”ı Qırğızıstan ədəbiyyat portalında FOTO

İsa Hüseynovun “Saz”ı Qırğızıstan ədəbiyyat portalında FOTO

Qırğızıstanın məşhur Literatura.kg (Ədəbiyyat.kg) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində Xalq yazıçısı İsa Hüseynovun rus dilinə tərcümə olunmuş “Saz” hekayəsini yerləşdirib.

Tərcümə Mərkəzindən SİA-ya bildirilib ki, “Yaxın xaric ölkələrdə ədəbiyyat – Azərbaycan” adlı xüsusi bölməyə yerləşdirilmiş əsər yazıçı və onun yaradıcılığı ilə bağlı geniş məlumatla təqdim edilir.

Qeyd edək ki, “Yaxın xaric ölkələrdə ədəbiyyat – Azərbaycan” bölməsi mütəmadi olaraq Belarus, Ukrayna, Özbəkistan, Tacikistan və digər ölkələrin aparıcı ədəbiyyatlarına yer ayırır.

Bütün xəbərlər Facebook səhifəmizdə