Bakıda X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi açılıb
Bu gün Bakıda X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi açılıb. SİA-nın məlumatına görə, ilk olaraq rəqqasların ifasında xalq mahnısı nümayiş olunub. Daha sonra çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, bu sərgi Azərbaycanın turizm sanəyesinin tarixində mühüm əhəmiyyət kəsb edir: "Artıq 10 ildir ki, bu sərgini təşkil edirik. Bu gün həm Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 10 illiyi, həm də bu sərginin keçirilməsinin yubileyidir. Azərbaycanda sürətlə inkişaf edən turizm sahəsi prezident tərəfindən yüksək qiymətləndirilərək bu ilin "Turizm ili" elan olunmasına gətirib çıxarıb".
Keçən il ərzində Azərbaycan 1 milyondan artıq turistin gəldiyini deyən nazir: "Azərbaycanda hazırda 500 mehmanxana fəaliyyət göstərir. 5 il müddətində isə yerləşdirmə yerlərinin sayı 35 minə çatıb. Bu ilin sonuna və gələn ilin əvvəllərinə isə 6 yeni 5 ulduzlu otelin açılması nəzərdə tutulur. Hesab edirəm ki, Azərbaycanda turizmin inkişafı daha da geniş şəkildə inkişaf edəcək",- deyə əlavə edib.
Daha sonra çıxış edən İTE Group Pic şirkətinin icraçı direktoru Edvard Stroon qeyd edib ki, bu sərgidə ilk dəfə iştirak edən 20 şirkət var idisə, indi bu rəqəm 260-a çatıb: "Bu dəfəki sərgidə həmçinin yeni təşkilatlar da özlərini tanıdacaqlar. Hesab edirəm ki, sərgi regionun hər bir guşəsini göstərməklə, Azərbaycanın zəngin turizm potensialını əyani şəkildə təqdim edəcək. Yubiley sərgisində ötən il illə müqayisədə ekspozisiya sahəsini 25 % genişləndirib. Ziyarətçilərin diqqətinə öz milli koloriti, əyləncəli proqrmları, sərfəli və unudulmaz səyəhət proqramları ilə hər kəsi cəlb edəcək stendlər təqdim olunacaq".
Çıxışların sonunda isə Əbülfəs Qarayev və Edvard Stroon qırmızı lenti kəsərək sərgini açıq elan ediblər.
Məlumat üçün bildirək ki, sərginin təşkilatçıları ("İTECA Caspian" və "İTE Group Pic" şirkətləri) Mədəniyyət və Turizm Nazirliyi ilə birgə sərginin yubileyi üçün xüsusi proqram da hazırlayıblar. İlk dəfə olaraq, turizm istiqamətlərinin kataloqu dərc olunub ki, bu da istirahət üçün yer seçməyə kömək edəcək.
Qeyd edək ki, Bakıda keçirilən X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi aprelin 30-na kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB