Uşaqlara Gülzar İbrahimovanın “1001 nağıl” kitabından hekayələr təqdim olunur
Bakı şəhər Mədəniyyət baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, H.Zərdabi mükafatçısı uşaqlar arasında nağıl yazarı – "Gülzar nənə" kimi tanınan və sevilən Gülzar İbrahimova tez-tez kitabxananın qonağı olur. SİA-nın məlumatına görə, xatırladırıq ki, Gülzar xanım bu günə qədər 62 ənənəvi və 47 elektron kitab yazıb. "Dünyanın ən güclüsü", "Tənbəlin nağılı", "Tülkü balası", "Su pərisi", "Od xəzinəsi", "Göy qurşağı qardaşlarının yeddi nağılı" və b. kitablarında müxtəlif mövzulu nağıllar və şerlər toplanıb.
Tanınmış uşaq yazarı sevimli oxucuları ilə görüşməyi sevir. Kiçikyaşlı oxuculara “1001 nağıl” kitabı tanışdır. Həmin kitabdan 19 nağıl-hekayə (“Siçan əhvalatı” , “Evə ayı girib”, “Zərifə nənə”, “Ərköyün qazlar”, “Evin kişisi”, “Gəl, barışaq!”, “Qış sərgüzəşti”, “Qəhrəmanlar”, “Boş səbət”, “Sınmış buz”, “Xilaskarlar”, “Rəşadla Lalənin dəniz macərası”, “Qiymətli hədiyyə”, “Maraqlı tamaşa”, “Tülkü və Dovşan”, “İpəkqurdu və Hörümçəyin nağılı”, “Nəhəng dalğa” , “İlan və Göyərçin”, “Yalançı gözəl”) elektron formada kişikyaşlı oxuculara təqdim olunur. Yazıçı kimi Azərbaycan balalarının maariflənməsi yolunda yorulmadan çalışan Gülzar İbrahimovanın sevimli nağıl qəhrəmanlarının maraqlı sərgüzəştləri onların sehrli dünyası ilə aşağıdakı linkdə tanış olmaq mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB