Mədəniyyət və Turizm Nazirliyi və Dubayın “Atlantic Holidays” şirkəti arasında üçtərəfli saziş imzalanıb
Bu gün X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin "Atlantic Holidays" şirkətinin rəhbəri Rəşid Əl- Nuri arasında üçtərəfli saziş imzalanıb.
SİA-nın məlumatına görə, ilk olaraq çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycanın turizm təbliğatının genişləndirilməsi məqsədi ilə bir neçə ölkə və regionlarda belə mühüm layihələrin imzalanması vacibdir: "İldən-ilə daha çox Körfəz ölkələrində təşkil olunan bir sıra sərgilərdə iştirak edirik. Baxmayaraq ki, orada Azərbaycanın təbliği istədiyimiz səviyyədədir, ancaq bunu daha da inkişaf etdirməliyik. Son zamanlar bir neçə şirkətlərlə danışıqlar apardıq və belə bir qərara gəldik ki, Körfəzdə də Azərbaycanın fəaliyyət göstərəcək turizm nümayəndəliyini yaradaq".
Nazir onu da qeyd edib ki, üçtərəfli sazişin imzalanmasında Azərbaycan Turizm Assosiasiyası, Mədəniyyət və Turizm Nazirliyi və "Atlantic Holidays"in rəhbərliyi iştirak edib: "Həmin layihənin şərtlərinə görə, orada Azərbaycan guşəsi yaradılacaq. Həmin şirkətin əməkdaşları tərəfindən Azərbaycanın turizm potensialı geniş şəkildə təbliğ olunacaq". Bu ilin sonuna yaxın "Atlantic Holidays"in nüamyəndələrinin Azərbaycana gələcəyini vurğulayan nazir: "Şirkətin nümayəndələri bura gələn zaman bizə görəcəkləri işlər barədə ətraflı məlumat verəcəklər",deyib.
Daha sonra çıxış edən Rəşid Əl- Nuri qeyd edib ki, bir neçə ay öncə danışıqların nəticəsi olaraq məhz bu gün layihənin imzalanması mühüm hadisədir: "Xüsusi olaraq qeyd edə bilərəm ki, Azərbaycanın təbiəti ölkəmizdə yaşayanların diqqətini hər zaman özünə çəkir. Çünki burada olan yaşıllıqlar bizim ölkəmizdə demək olar ki, yoxdur. Bizim xalq təbiət gözəlliyi üçün acdır. Hesab edirəm ki, Azərbaycanın turizm potensialı bizim şirkət tərəfindən yüksək səviyyədə təbliğ ediləcək".
İmzalanma mərasimindən sonra xarici şirkət tərəfindən Ə. Qarayevə xüsusi hədiyyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB