“Vəsvəsə” tamaşası bu dəfə onlayn göstəriləcək

Azərbaycan Dövlət "Yuğ" Teatrı "Vəsvəsə" tamaşası iyunun 11-də teatrsevərlərin görüşünə gələcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildirilib ki, tanınmış Norveç yazarı Henrik İbsenin "Vahimə" əsəri əsasında hazırlanmış tamaşa sənət ocağının sosial şəbəkədki səhifələri vasitəsilə canlı göstəriləcək.

Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.

Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə