Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ciddi karantin rejimində oxucularla əlaqəsini internet üzərindən quraraq, onların mütaliəyə marağının artması, dünya ədəbiyyatının incilərindən xəbərdar olması məqsədilə müxtəlif layihələr həyata keçirir. Kitabxanadan SİA-ya bildirilib ki, “Yubilyar kitablar” layihəsində oxucular bu ildə yubileylərini qeyd edən kitablar, əsərlər və onların müəllifləri haqqında məlumat əldə edir, həmin kitabları virtual sərgi vasitəsilə vərəqləyir və kitabxanaya onlayn müraciət etməklə, onları oxumaq üçün əldə edirlər.

Bu ilin "Yubilyar kitablar" silsiləsindən biri də Luis Kerollun 155 yaşlı "Alisa möcüzələr ölkəsində" adlı əsəridir. “Alisa möcüzələr ölkəsində” — Böyük Britaniya yazıçısı olan Luis Kerrolun 1865-ci ildə "Macmillan Publishers" nəşriyyatı tərəfindən nəşr olunmuş bədii əsəridir. Əsər dovşan yuvasından keçib xəyali dünyaya düşən Alisa adlı qızdan bəhs edir. Əsər Absurd janrının ən yaxşı nümunələrindən sayılır və fantezi janrının formalaşmasında böyük rolu oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə