“Dəcəl çəpişlər” azyaşlı tamaşaçıların görüşünə gəlib FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrında müəllifləri O.Zülfüqarov və R.Heydər olan “Dəcəl çəpişlər” ikihissəli musiqili nağıl-tamaşa növbəti dəfə azyaşlı tamaşaçıların ixtiyarına verilib. Qurumun mətbuat xidmətindən SİA-ya bildirilib ki, balacaların hər zaman böyük diqqət və maraqla izlədiyi tamaşa Azərbaycanın əbədiyaşar şairlərindən biri Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyəti əsasən gənclərdən ibarətdir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar göstərilən tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Fərid Rzayev və başqaları ifa ediblər.

Xatırladaq ki, bu səhnə əsərinin premyerası 2015-ci il mayın 16-da keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə