Xarici ölkələrdə istirahətin qiymətlərinin bahalaşması Azərbaycanda daxili turizmin inkişafına səbəb olacaq
Xarici ölkələrdə istirahətin qiymətlərinin bahalaşması Azərbaycanda daxili turizmin inkişafına səbəb olacaq. SİA-nın məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.
Onun sözlərinə görə, bir çox ərəb ölkələrində siyasi vəziyyətin gərginləşməsi əksər dövlətlərdə turizm xidmətlərində qiymətlərin artmasına səbəb olub: "Eyni zamanda, hava limanlarında rüsumların artması və yanacağa olan qiymətin bahalaşması da müşahidə olunur. Bu cür vəziyyət Azərbaycan vətəndaşlarının ölkə daxilində istirahət etmələrinə gətirib çıxarır. Bu da ölkənin daxili turizm sahəsinin inkişafına səbəb olacaq".
A.İsmiyev onu da bildirib ki, 2010-cu ildə Azərbaycandan xaricə istirahətə 60-70 min nəfər gedib, Azərbaycanın regionlarında isə 200 min ölkə vətəndaşı istirahət edib: "Ümid edirəm ki, bu il həmin göstərici daha da artacaq".
Bu il Azərbaycana gələn turistlərin sayında müsbət göstərici müşahidə olunacağı gözlənilir. SİA-nın məlumatına görə, bunu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi turizm şöbəsinin müdiri Aydın İsmiyev bildirib.
Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycana 2 milyon nəfər xarici ölkə vətəndaşları gəlib ki, onlardan 1,5 milyon nəfəri turist olub: "Bu il ərzində turistlərin sayının bir qədər də artacağını gözləyirik. Belə ki, Azərbaycan tərəfi əcnəbi vətəndaşlara vizanın verilməsi prosesini bir qədər də sadələşdirib. Bundan başqa, ölkənin daxili turizm sahəsi sürətlə inkişaf etməkdədir. Təkcə 2011-ci ildə Azərbaycanda 6 yeni beşulduzlu mehmanxana istifadəyə veriləcək".
A.İsmiyev vurğulayıb ki, hazırda ölkədə 500-ə yaxın mehmanxana fəaliyyət göstərir.
2010-cu ildə ölkədə turizm sahəsinin əvvəlki ilə nisbətən 4-5% artdığını deyən A. İsmiyev: "Bu il ərzində də müsbət dinamika gözləyirik. Əlbəttə, böhrandan öncəki 25-30% artıma yenidən nail olmaq bu il bir qədər çətin olacaq, lakin sözügedən sahədə müsbət dinamikanın olacağı proqnozlaşdırılır", - bildirib. A.İsmiyev onu da qeyd edib ki, 2008-ci ildə Azərbaycanın turizm sektoru əvvəlki ilə nisbətən 39% artıb.
Qeyd edək ki, Misirdə baş verən iğtişaşlar səbəbindən turistlər Türkiyədə istirahət etməyə üstünlük verir. Bu da Türkiyədə istirahətin qiymətinin artmasına gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB