“Muzey eksponatının hekayəsini sən danış” MÜSABİQƏ

“Muzey eksponatının hekayəsini sən danış” müsabiqəsinin qalibləri aşağıdakı kateqoriyalar üzrə elan olunacaq:

- Ən yaxşı hekayə
- Ən yaxşı məktəbli hekayəsi
- Ən yaxşı xarici dildə yazılan hekayə
- Qran Pri mükafat

Hər gün bir kateqoriya üzrə qaliblər elan olunacaq.

Münsiflərimiz göndərdiyiniz hekayələrin hər birini çox bəyəndiklərini bildirirlər, lakin müsabiqənin şərtlərinə əsasən kateqoriyalar üzrə qaliblər təyin olunmalıdır.
Eyni zamanda bildiririk ki, müsabiqənin bütün iştirakçılarına Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin diplomu və Azərbaycan Milli İncəsənət Muzeyinə və Azərbaycan Milli Xalça Muzeyinə ödənişsiz giriş üçün biletlər təqdim olunacaqdır.

Məlumat üçün qeyd edirik ki, bu müsabiqə davam etdiriləcək və yaxın zamanlarda sizlərə yeni eksponatların siyahısı təqdim ediləcəkdir.

Müsabiqəyə qoşulan hər bir iştirakçıya öz təşəkkürümüzü bildiririk və hamıya uğurlar arzulayırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə