“Vaxtın qədrini bilək” ŞEİR

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası oxuculara virtual xidmət göstərir. SİA-nın məlumatına görə, “Kitabxana – koronavirusa YOX deyir!” layihəsi çərçivəsində “#Evdə qal, evdə yarat” çağrışına dəstək olaraq, virtual formada öz şeirini oxuculara təqdim edən şairlərdən biri də şairə-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda, “Divan” kitabı yazan ilk qadın şairə Gülarə Munisdir.

Yaradıcılığında uşaqlara xüsusi diqqət verən şairə onlar üçün nağıllar və şeirlər yazmışdır. Onun Azərbaycanda ilk dəfə latın əlifbasının bütün hərfləri ilə kiçik mətnlərdən və yanıltmaclardan ibarət “Ana dilim, can dilim” adlı uşaq kitabı nəşr olunub. BMT yanında Ümumdünya Sülh Federasiyasının üzvü, Sülh səfiri, prezident təqaüdçüsü Gülarə Munis növbəti dəfə kiçik yaşlı oxuculara “Vaxtın qədrini bilək” şeirini təqdim edir.Şeirdə saatın növləri haqqında məlumat verilir.

Şeir 1 iyun – Uşaqların Müdafiəsi Günündə onlara şairin nəsihətidir.

Şeir rəngli şəkillərlə aşağıdakı linkdə verilib: http://yasamal.cls.az/front/files/libraries/81/documents/451273666.pdf

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...