Türkmənistanda beynəlxalq festival və elmi konfrans keçiriləcək

Türkmənistanda beynəlxalq festival və elmi konfrans keçiriləcək

28-30 aprel tarixlərində Türkmənistanın Aşqabad şəhərində "Türk xalqlarının mədəni irsi" mövzusunda beynəlxalq festival və elmi konfrans təşkil ediləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Məlumata görə, Türkmənistan dövləti və TÜRKSOY-un birgə təşkilatçılığı ilə türk dövlətlərinin zəngin mədəni irsinin təbliği, türkdilli xalqlar arasında dostluq və qardaşlıq münasibətlərinin gücləndirilməsi məqsədilə keçiriləcək tədbirlərdə nümayəndə heyətləri müxtəlif nominasiyalarda (milli musiqi və rəqs, xalq tətbiqi sənəti, mətbəx, kino, milli geyimlər və s.) çıxış edəcəklər.

Festival çərçivəsində keçiriləcək elmi konfransda türkdilli xalqlar arasındakı münasibətlərə və mədəni əlaqələrə dair fikir mübadiləsi aparılacaq.

Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə