BMM-nin növbəti təqdimatı Zülfi Adıgözəlova həsr olunub

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Unudulmayanlar” layihəsinin növbəti təqdimatı görkəmli xanəndə Zülfi Adıgözəlova həsr olunub. SİA-nın məlumatına görə, layihə çərçivəsində Gülhüseyn Kazımlı və musiqişünas, professor Nailə Rəhimbəyli muğam tariximizdə iz qoyan sənətkar haqqında söz açıb, xanəndənin arxivdə qorunan səs yazılarını izləyicilərə təqdim ediblər.

Nailə Rəhimbəyli şifahi ənənəli professional musiqimizin tarixində XX əsrin görkəmli xanəndəsi, təsnif və xalq mahnılarımızın mahir ifaçısı və təbliğatçısı Zülfi Adıgözəlovun həyat və yaradıcılığını təhlil edib.

Qeyd edək ki, karantin rejimi tətbiq ediləndən və kütləvi tədbirlər təxirə salınan ilk günlərdən onlayn layihələrə start verən BMM-nin sözügedən layihəsi çərçivəsində bu günə kimi Keçəçioğlu Məhəmməd, Azərbaycan tarının atası adlandırılan Sadıqcan və muğam sənətimizin xanı - Xan Şuşinskinin yaradıcılığından söz açılıb, xanəndələrin ifalarından nümunələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...