Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək
28 aprel, 2011-ci il, saat 18:00-da Azərbaycan Bəstəkarlar İttifaqınnın Ü.Hacıbəyli adına Konsert Salonunda tanınmış bəstəkar, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi Ədilə Hüseynzadənin 95 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Bu barədə SİA-ya İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlu məlumat verib.
Məlumata görə, gecədə Azərbaycan Dövlət Simli Kvarteti- xalq artisti Uran Seyidov (I violino), Vaxtanq İmanov (viola), Soltan Məmmədova (II violino), Aleksey Miltıx (violonçel), həmçinin vokalçılar əməkdar artist Gülnaz İsmayılova və Beynəlxalq müsabiqə laureatı Fəridə Məmmədova ifasında bəstəkarın kamera əsərləri səslənəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB