Mədəniyyət müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əsaslı dəyişiklərə nail olmaq üçün orada çalışan gənc əməkdaşların yeni peşə səriştələrinə yiyələnməsi və innovativ xarakterli kreativ ideyaların tətbiqi kimi məsələlər böyük əhəmiyyətə malikdir. Kreativ və innovativ ideyaların mədəniyyət sahəsində geniş tətbiqi isə bu məsələyə gənc əməkdaşların fəal qatılması dərəcəsindən asılıdır.
Belə ki, cari ilin 15 may tarixində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ Qrupu"nun üzvlərinin iştirakı ilə “Yeni təfəkkür və yeni yanaşmalar” adlı video konfrans keçirmişdir. ZOOM proqramı vasitəsi ilə keçirlmiş görüşdə 15 regional mədəniyyət idarəsindən 50-dən çox gənc mədəniyyət işçisi qatılmışdır. Həmçinin, görüsdə Mərkəzin direktoru Asif Usubəliyev, direktor müavini Leyla Mehdiyeva, elmi katib Cavid Əliyev və şöbə müdiri Nürəddin Babazadə iştirak ediblər.
Çıxış edənlər qeyd etdi ki, Qrupun təsis olunması müxtəlif məsələlər ilə yanaşı, mədəniyyət müəssisələrinin fəaliyyətinin çevikliyini təmin edilməsinə, sistemdə sağlam rəqabət mühitinin yaradılmasına, yeni ideyaların formalaşmasına və yüksək savadlı gənclərin sahəyə diqqətinin artırılmasına təkan verəcəkdir. Bu isə gənc əməkdaşlarımız üçün böyük imkanlar yaradır, çünki təşəbbüskar və güclü təfəkkürə malik gənclər ölkənin və sahənin gələcəyidir. Gənc mədəniyyət işçiləri bəzi ideya və təkliflərini təqdim etdilər.
Xatırladaq ki, “Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu” Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin nəzdində 2015-ci ildə yaradılıb. 3 noyabr tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Qrupun təsis toplantısı keçirilmişdir. Dörd il ərzində Qrup tərəfindən 50-dən çox tədbir keçirilib, o cümlədən gənc mədəniyyət işçiləri arasında: debatlar, Debat klubun təşkili, İntellektual oyunları, mini-futbol üzrə “MEMİM kubokları”, “Qış” və “Yay” düşərgələri, “Bölgə” teatr truppasının yaradılması, müxtəlif konfranslar, seminarlar və s.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB