II Ümumrespublika Daxili Turizm və AİTF-2011 Sərgiləri keçiriləcək
28-30 aprel tarixlərində ilk dəfə olaraq "Baku Expo Centre" sərgi mərkəzində II Ümumrespublika Daxili Turizm və "AİTF-2011" 10-cu yubiley Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgiləri keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, açılış mərasimi 28 aprel saat 11:00-da nəzərdə tutulub.
Sərginin iş saatları:
aprel 28 - 11:00-18:00
aprel 29 - 12:00-18:00
aprel 30 - 10:00-16:00
28-29 aprel tarixlərində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər. Tələbələr sərgiyə yalnız 30 aprel tarixində daxil ola bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB