İncəsənət Gimnaziyasının şagirdləri beynəlxalq müsabiqədə birinci olublar FOTOLAR
Yunanıstanda keçirilən VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinə (Biennale) qatılan Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdləri uğur qazanıblar. Gimnaziyadan SİA-ya bildirilib ki, təhsil ocağının VII sinif şagirdi Surə Dadaşzadə və IX sinif şagird Abdulrəhim Bağırlının rəsmləri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək birinci yerə layiq görülüb.
Qeyd edək ki, hər iki şagird beynəlxalq müsabiqə laureatıdır, dəfələrlə beynəlxalq müsabiqələrdə qalib olublar.
Yunanıstanda keçirilən bu müsabiqə iki ildən bir təşkil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB