“Heydər Əliyev mənim qəhrəmanımdır” mövzusunda müsabiqə başa çatıb
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar elan etdiyi “Heydər Əliyev mənim qəhrəmanımdır” mövzusunda müsabiqə başa çatıb. SİA-nın məlumatına görə, müsabiqənin şərtlərinə görə, iştirak etmək istəyən 16-35 yaşarası gənclər mayın 10-dək ümummilli lider Heydər Əliyev haqqında hazırladıqları esselərin mətnini və ya Heydər Əliyev haqqında yazılmış şeirlərdən birinin səsləndirilmiş video yazısını (şeir müsabiqə iştirakçısı tərəfindən səsləndirilməlidir) kitabxananın e-mail ünvanına ([email protected]) təqdim etməli idilər.
Qeyd edək ki, esse və şeir qiraəti videoları e-mail ünvana daxil olan vaxtdan kitabxananın “İnstagram” və “Facebook” səhifələrində mütəmadi olaraq yerləşdirilib və qaliblər onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) müəyyən ediliblər. “Heydər Əliyev mənim qəhrəmanımdır” mövzusunda esse müsabiqəsində birinci yerin qalibi Səbinə Məmmədova, ikinci yerin qalibi Nailə Rəciyeva, şeir müsabiqəsində isə birinci yerin qalibi İbrahim Alməmmədli, ikinci yerin qalibi İnci Aydınlı seçilib.
Onu da qeyd edək ki, qaliblər diplom və hədiyyələrini karantin rejimi bitdikdən sonra kitabxanaya onlar üçün təyin edilmiş vaxtda yaxınlaşıb əldə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB