“Döyüş yolları”

Şair Güləmail Muradın "Döyüş yolları" adlı kitabı bu günlərdə "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. SİA-nın məlumatına görə, kitab Qələbənin 75 illiyinə həsr olunub və Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin döyüş yolundan bəhs edilir.

Kitabın redaktoru yazıçı-tərcüməçi Arifə Əliyeva, bədii redaktoru Çingiz Xəlilov, "Ön söz" müəllifləri filologiya elmləri doktoru, professor Buludxan Xəlilov, şair-publisist Elnur Abdiyev, hərbi ekspert isə ehtiyatda olan polkovnik Elmar Hüseynovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə