Latviyanın məşhur violençel triosu "Melo-M" (http://www.melo-m.lv/lv/) CBC televiziya kanalı, "Mədəniyyət" TV, Macarıstan, Latviya, Moldova, Özbəkistan və digər ölkələrin səfirliklərinin birgə təşəbbüsü ilə yaradılan layihə çərçivəsində "Sarı gəlin" xalq mahnısını ifa edəcək.
SİA-nın məlumatına görə, bu barədə Latviyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.
Layihənin məqsədi Azərbaycan Respublikasına və onun vətəndaşlarına koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həmrəylik göstərməkdir.
Bildirilib ki, bu baxımdan Latviyanın violençel triosu tərəfindən ifa olunacaq "Sarı gəlin" xalq mahnısı Azərbaycan xalqına əla bir töhfədir.
2005-ci ildə yaradılan "Melo-M" triosunun indiyədək 5 albomu buraxılıb. "Melo-M" materialları seçərkən çox fərqli olmağa meyillidir- pop, rok, xalq və dünya klassik və müasir janrlara müraciət edir. Bir çox dünya şöhrətli sənətkarlarla əməkdaşlıq edən qrup bir çox ölkələrdə konsert proqramları ilə çıxış edərək tanınır.
Bütün xəbərlər Facebook səhifəmizdə