Azərbaycanın Xalq rəssamı Hüseyn Əliyevin 100 illik yubileyi qeyd olunub
Bu gün Azərbaycanın xalq rəssamı, yaradıcılığının mühüm hissəsini jurnalistikada keçirmiş Hüseyn Əliyevin 100 illik yubileyi qeyd olunub. SİA-nın xəbərinə görə, tədbirdə "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, qocaman jurnalist Firudun Rəsulov və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov rəssam haqqında geniş məlumat verib. O, bildirib ki, H.Əliyev 1911-ci il aprel ayının 22-də Zəngəzur qəzasının Comərdli kəndində anadan olub. Baş redaktorun sözlərinə görə, Bakı Rəssamlıq Texnikumunu və Lelinqrad Rəssamlıq Akademiyasının nəzdində fəaliyyət göstərən 3 illik xüsusi kursu müvəffəqiyətlə bitirən Hüseyn Əliyev 1935-ci il oktyabr ayının 4-dən "Xalq qəzeti"ndə əmək fəaliyyətinə başlayıb. Rəssam 1976-cı ildə Azərbaycan Respublikasının əməkdar, 1982-ci ildə isə Xalq rəssamı fəxri adına layiq görülüb.
Tədbirdə çıxış edən qocaman jurnalist Firudun Rəsulov rəssam haqqında öz fikirlərini söyləyib. Onun fikrincə, Hüseyn Əliyev zəhmətkeş və əvəzsiz bir insan olub. Şərəfli və mənalı ömür sürmüş Hüseyn Əliyev 20 ildir ki, aramızda yoxdur, ancaq qoyub getdiyi əsərləri - təbiət mənzərələri, portretlər, karikaturalar, müxtəlif mövzulara həsr etdiyi süjetlər bu gün də xalqımız tərəfindən rəğbətlə qarşılanır.
Qeyd edək ki, tədbirin sonunda qonaqlar rəssamın xatirələrindən danışıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB