DTX Mədəniyyət nazirinin hansı müavinini saxladı?

DTX Mədəniyyət nazirinin hansı müavinini saxladı?

Mədəniyyət naziri Əbülfəs Qarayevin müavini Rafiq Bayramov saxlanılıb. SİA-nın məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları az öncə nazirlikdə əməliyyat keçirib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb. Bildirilir ki, aparılan araşdırmalar, cinayət törətməkdə şübhəli bilinən şəxslər və törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə