Skripkaçımız #evdeqalmusiqisizqalma çağırışına qoşulub

Skripkaçımız #evdeqalmusiqisizqalma çağırışına qoşulub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin fəal oxucuları ciddi karantin dövründə kitabxana ilə internet üzərindən daha sıx əlaqə saxlayırlar. Onlar öz nikbin əhval-ruhiyyələrini hamı ilə paylaşmaq üçün çəkdikləri rəsmləri, ifa etdikləri şeir, rəqs və musiqi parçalarını videoçarxlar şəklində kitabxanaya göndərərək birlik nümayiş etdirirlər.

İdarədən SİA-ya bildirilib ki, kitabxananın fəal oxucusu Ramizə Məmmədli skripkada gözəl musiqi ifa etməklə hamını evdə qalaraq pozitiv olmağa və musiqiyə köklənməyə səsləyir.

Videoçarxa aşağıdakı keçiddən baxa bilərsiniz: https://www.instagram.com/tv/B_zJyf0BJdJ/?utm_source=ig_web_copy_link

Bütün xəbərlər Facebook səhifəmizdə