Sumqayıt Dövlət Dram Teatrının virtual repertuar planı rəhbərliyin iştirakı ilə müzakirə və təhlil olunaraq tərtib olunur və teatrın mətbuat xidməti tərəfindən göstərilən tarixdə və saatda sosial şəbəkələrə yerləşdirilir. Təbii ki, burada əlamətdar tarixlər, təqvim günləri də nəzərə alınır. SİA-ya teatrdan verilən xəbərə görə, kifayət qədər zəngin repertuara malik Sumqayıt Dövlət Dram Teatrının tamaşaları geniş tamaşaçı sevgisi qazanmış, eləcə də teatr ictimaiyyətinin də diqqətini cəlb etməkdədir.
Koronovirus pandemiyasının başlandığı ilk vaxtlarda aylıq repertuar planını, həftədə 5 dəfə olmaqla təqdim edirdik. Amma prosesin uzandığını gördükdə planda müəyyən dəyişiklik edildi. Belə ki, daha çox arxiv tamaşalarına müraciət etdik. Arxiv tamaşaların göstərilməsində məqsəd əsasən gənc nəslin nümayəndələrini teatrımızın zəngin tarixi ilə yaxından tanış etmək idi. Amma biz onlayn tamaşalar üzündən izləyicilərimizi itirmək qorxusu yaşamırıq. Bu bir mənəvi proses olmaqla bərabər,karantin müddətində evdə qalan insanların teatra sevgi hissinin aşılanması sahəsində maariflənməsinə, onların mənəvi zənginləşməsinə, dünya və Azərbaycan dramaturgiyası ilə tanışlıqlarına, boş vaxtlarının faydalı dəyərləndirmələrində önəmli rol oynayır.
Eyni zamanda hörmətli nazirimiz Əbülfəs Qarayevin teatr direktorları ilə keçirdiyi video konftansda qeyd etdiyi kimi, hazırki durumda teatrlar dövrün tələblərinə uyğun olaraq, yeni texnologiya vasitəsi ilə dünyaya onlayn şəkildə inteqrasiya edərək, öz tamaşaçı auditoriyasını genişləndimək qabiliyyətini də nümayiş etdirirlər. Canlı tamaşalara yazılan rəylər rəbərlik tərəfindən təhlil edilir və heç şübhəsiz bu rəylərdən gəldiyimiz nəticə növbəti ayın virtual repertuarı tərtib edilərkən nəzərə alınır. Təbii ki, onlayn tamaşaya baxan insanlar izlədikləri maraqlı tamaşanı sonradan gəlib canlı şəkildə görmək arzusunda olacaqlar. Çünki onlar da bilir ki, teatr canlı orqanizmdir. Yəni tamaşaçını itirmirik, əksinə qazanırıq. Arxiv tamaşalarında meydana çıxan texniki deffektləri bədii bütövlüyə xələl gətirmədən montaj edib tamaşaçıya təqdim edirik. Habelə, teatrın yetərincə bayram ovqatlı ədəbi bədii kompozisiyaları, təqvim günlərinə həsr olunmuş, şəhərdə gerçəkləşən kütləvi tədbirləri, teatral xarakterli konsert proqramları da virtual repertuarda yer almaqdadır. Bu qəbildən olan videomateriallar həm izləyicinin mədəni istirahətini təmin edir, onu xoş ovqata kökləyir, həm də yaradıcı heyətimizin peşəkarlıq keyfiyyətləri ilə tanışlıq yaranır. Təbii ki, tamaşaçı konsert proqramında, şəhər tədbirlərində gördüyü, sevdiyi aktyoru canlı tamaşada görmək istəyəcək. Bundan əlavə yeni tamaşalarımızın anonsunu veririk. Məsələn "Uşaqlıq" monotamaşasından anons xeyli rezonans doğurub. Çox sayda izləyici kütləsi bu monotamaşanı teatrın səhnəsindən izləmək istəyi haqda düşüncələrini sosial şəbəkələr üzərindən bizimlə bölüşüb.Əslində onu qeyd etməliyik ki, karantin günlərində teatrımızın yaradıcı heyəti demək olar ki, evdə qalmaqla, yaradıcılıqdan qalmayıblar. Aktyorlarımızın iştirakı ilə pandemiya ilə mübarizə çərçivəsində "Evdə qal, tamaşa izlə", "Biz birlikdə güclüyük" devizi ilə bir neçə maarifləndirici video çarxlar çəkilib, sosial şəbəkələrdə yayımlanmaqdadır. Teatrımızın direktoru M.Həmidovun təşəbbüsü ilə baş rejissor F.Məhərrəmov tanınmış teatrşünas, professor A.Talıbzadənin yeni bir təkadamlıq əsəri üzərində onlayn məşqlərinə start verib. İlk dəfə olaraq yeni tamaşanın onlayn məşqi, onlayın qəbulu və nümayişi üçün direktorumuzun təklifi ilə gənc rejissor Fuad Kazımzadəyə Ə.Haqverdiyevin "(3 nəfərlik) Kimdir müqəssir" tamaşasının hazırlanması həvalə edilib.
Sonda onu da bildirim ki, karantin rejimi bitdiyində tamaşaçılarımız Sumqayıt Dövlət Dram Teatrının səhnəsində Əməkdar artist Namis Şirməmmədovun quruluşunda dahi Ü.Hacıbəylinin "O olmasın, bu olsun", C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", klassik inciləri, Xalq artisti Firudin Məhərrəmovun quruluşunda Ü.Heydərovanın "Uşaqlıq", gənc rejissor Ümid Abbasın quruluşunda "Pələng" monotamaşalarını izləyə biləcəklər. Tearımıza dəvət olunmuş rejissor Gülnar Hacıyeva isə uşaqlara "Göyçək Fatmanın nağılını" təqdim edəcək. Ümumilikdə 6 yeni tamaşa tezliklə sevimli tamaşaçılarmızı teatrda gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB